Bank Of Baku

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb
# 10 sentyabr 2023 12:33 (UTC +04:00)

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

APA-nın Tbilisi bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, ölənlərdən daha birinin meyiti Çançaxi çayının yatağında tapılıb. Daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR