Bank Of Baku

Gürcüstanın Baş naziri: Moldova və Ukrayna namizəd statusunu bonus kimi qəbul edib

Gürcüstanın Baş naziri: Moldova və Ukrayna namizəd statusunu bonus kimi qəbul edib
# 08 sentyabr 2023 14:32 (UTC +04:00)

Moldova və Ukrayna Avropa İttifaqı (Aİ) namizədi statusunu heç bir tövsiyə yerinə yetirmədən, bonus kimi əldə edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.

“Biz ədalətli münasibət tələb edirik. Ötən il Moldova və Ukrayna statusu heç bir tövsiyə yerinə yetirmədən, qabaqcadan bonus kimi əldə etdi, lakin biz etmədik. Sual məntiqli və ədalətlidir. Gürcülər ən çox ədalətsizliyi sevmirlər və dözüm göstərə bilmirlər. Sizin qərarınızın ədalətli olması bizim üçün çox vacibdir” - o, qeyd edib.

Baş nazir qeyd edib ki, Gürcüstan prosesin çətin olduğunu və layiqliyə əsaslanan yanaşma olduğunu başa düşür, lakin ötənilki qərar layiqlik əsaslı deyil, siyasi qərar olub.

“Əgər biz həqiqətən də Gürcüstanda qütbləşməyə son vermək istəyiriksə, Gürcüstanın Avropa ailəsinin üzvü olmasını istəyiriksə, Gürcüstan ilin sonunadək namizəd statusunu qəbul etməlidir”, - Qaribaşvili deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR