Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib

Gürcüstanın Baş naziri Prezidenti Vətənə xəyanətdə ittiham edib
# 26 may 2024 13:57 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə 26 may Müstəqillik günü münasibətilə keçirilən paradda çıxışı zamanı Prezident Salome Zurabişvilini Vətənə xəyanətdə ittiham edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı Gürcüstanın çətin problemlərlə üz-üzə olduğunu, xalq-hakimiyyət birliyi sayəsində təhlükələrin öhdəsindən gəlindiyini qeyd edib.

"Xalqın və onun seçdiyi hökumətin birliyi və ağlabatan addımları bizə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, - Kobaxidze deyib.

Baş nazir Gürcüstanın və onun müstəqilliyinin bu gün də ən çətin problemlərlə üz-üzə olduğunu, lakin bu gün gürcü cəmiyyətinin müstəqilliyin ilk illərinə nisbətən daha təcrübəli olduğunu deyib. Kobaxidze rəhbərlik etdiyi hökumətin Gürcüstanın suverenliyi və müstəqilliyinin keşiyində dayandığını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR