Bank Of Baku

Gürcüstanın casusluqda ittiham edilən sabiq Baş prokuroru vətəndaşlıqdan çıxarılıb

Gürcüstanın casusluqda ittiham edilən sabiq Baş prokuroru vətəndaşlıqdan çıxarılıb
# 31 oktyabr 2023 15:11 (UTC +04:00)

Gürcüstanın sabiq Baş prokuroru Otar Partsxaladze Gürcüstan vətəndaşlığından məhrum edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında məlumat verib.

O, sabiq Baş prokurorun vətəndaşlığının ləğv edilməsi ilə bağlı bütün prosedurların tamamlandığını bildirib.

Qeyd edək ki, müvafiq qərar ABŞ Dövlət Departamentinin Otar Partsxaladzeni Rusiyaya tətbiq edilən sanksiyalar siyahısına əlavə etməsindən sonra oktyabrın 17-də Prezident Salome Zurabişvili tərəfindən qəbul edilib. Dövlət Departamenti Rusiya-Gürcüstan ikili vətəndaşlığına malik Otar Partsxaladzenin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqələri olduğunu və onun Gürcüstanda cəmiyyətə və siyasətə Moskvanın xeyrinə təsir etdiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR