Bank Of Baku

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Kiyevi tərk edib - YENİLƏNİB

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Kiyevi tərk edib - YENİLƏNİB
# 06 iyul 2023 15:46 (UTC +04:00)

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Ukraynanı tərk edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi ölkənin İctimai televiziyasına fatdı təsdiqləyib.

***

12:08

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşviliyə Ukraynanı tərk etməsi üçün verilən vaxt bu gün günorta başa çatır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, səfir bu barədə “Rustavi 2” telekanalına açıqlamasında deyib. Diplomat ona verilən vaxt başa çatanadək Ukrayna sərhədindən çıxacağını deyib.

Səfir qeyd edib ki, Ukraynanı tərk etmək çətindir, çünki Kiyevdən sərhədə qədər olan nəqliyyat seçimləri məhduddur.

“Kiyevdən sərhədə avtomobil və qatardan başqa nəqliyyat vasitəsi yoxdur”, - səfir deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan səfirindən 48 saat ərzində Ukraynanı tərk etməsini və məsləhətləşmələr üçün Tbilisiyə getməsini tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR