Bank Of Baku

Gürcüstanın XİN rəhbərinin müavini Teymuraz Cancaliya istefa verib

Gürcüstanın XİN rəhbərinin müavini Teymuraz Cancaliya istefa verib
# 30 noyabr 2024 23:33 (UTC +04:00)

Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya istefa verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Yerli KİV sabiq xarici işlər naziri, hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin də vəzifəsindən istefa verməsi barədə məlumat paylaşıb.

Xatırladaq ki, Gürcüstanın Bolqarıstan və Niderland Krallığındakı səfirləri hakim partiyanın Aİ ilə inteqrasiya danışıqlarını 4 il müddətinə dayandırmaq qərarından sonra istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR