Niderland polisi Haaqada şəhərin əsas magistrallarından birini bağlayan 370-ə yaxın ətraf mühit fəalını saxlayıb.
APA xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Məlumata görə, nümayişi “Extinction Rebellion” ekoloji hərəkatı hökumətin yanacaq istehsalına verdiyi subsidiyalara etiraz olaraq təşkil edib.