“Sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik”
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Rusiya-Ukrayna görüşü zamanı açılış nitqində deyib.
O qeyd edib ki, gecikən hər gün daha çox insanın ölümünə səbəb olur: “Atəşkəs razılaşmasının imzalanması kritik önəmə sahibdir və bunun danışıqlara paralel olaraq təmin edilməsi üçün fürsət yaranıb”.