Anti-demokratik, Rusiya tərzindəki "xarici agent" qanununun qüvvəyə minməsi Gürcüstanda demokratiyanın sürətli tənəzzülünü göstərəcək.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Helsinki Komissiyasının Gürcüstan Parlamentində müzakirə edilən "xarici agentlər" haqqında qanun layihəsi ilə bağlı yaydığı bəyanatında belə qeyd edilib:
“Bu eyni zamanda hazırkı hökumətin Rusiya ilə artan yaxınlaşmasını nümayiş etdirəcək - bu, həmin ölkədir ki, Gürcüstanın 20 faizini işğalda saxlayır, onun vətəndaşlarını oğurlayır, suverenliyini təhqir edir və Ukraynada soyqırımı müharibəsi aparır. Bu qanun layihəsi, həmçinin davam edən demokratik tənəzzül bizim strateji tərəfdaşlığımıza və Gürcüstan xalqının Qərb seçiminə hücumdur".
Bəyanatda qeyd edilib ki, ABŞ 1991-ci ildən Gürcüstan xalqının dostudur və hökumətin mövqeyindən asılı olmayaraq bu dəyişməyəcək.
"Biz Gürcüstan hökumətini təklif edilən qanunu rədd etməyə və demokratiyaya sadiqliyini yeniləməyə çağırırıq",-deyə bəyanatda bildirilib.
Helsinki Komissiyasının “Twitter” paylaşımında isə qeyd edilib ki, “xarici agentlər” qanunu Gürcüstanın zəifləmiş demokratiyasına hücum, Rusiyaya məqsədyünlü hədiyyədir və bu qanun Gürcüstan xalqının Avro-Atlantik seçiminə meydan oxumaqdır.
“O, FARA aktında qətiyyən bənzəmir”, - deyə paylaşımda qeyd edilib.