Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün NATO-nun Baş katibi Yens Stoltenberqlə İstanbulda görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter”də yazıb.
“Milli Müdafiə naziri Hulusi Akar bu gün ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə İstanbulda görüşüb” – qeyd olunub.