Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulosla görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş NATO müdafiə nazirlərinin Brüsseldə fövqəladə iclası çərçivəsində baş tutub.