Türkiyə yeni geosiyasi reallıqlara cavab verir, lakin sadəcə öz maraqları deyil, beynəlxalq sülh üçün çağırışlar edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, Ankara Suriya, Cənubi Qafqaz və digər bölgələrdə öz maraqlarına qarşı olan addımlara səssiz qalmaq niyyətində deyil.
Kalın əlavə edib ki, Türkiyə çoxqütblü dünyanın tərəfdarıdır.