Rusiya-Ukrayna müharibəsinin yaz aylarında şiddətlənməsi gözlənilir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, bundan sonra dialoqa geri dönmək ehtimalı da var. Kalının sözlərinə görə, tərəfləri danışıqlar masasına qaytarmaq üçün daha çox səy göstərmək lazımdır.
Kalın, həmçinin deyib ki, taxıl koridoru vasitəsi ilə Rusiya taxılının da ixracı təmin edilməlidir və bu halda sazişin uzadılması mümkün olacaq.