Müharibə sadəcə Rusiya və Ukrayna arasında deyil, həm də Rusiya ilə Qərb arasında yeni güc balansının axtarışıdır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
“Bu müharibə tam şəkildə yalnız Rusiya ilə Qərb arasında böyük sazişin imzalanması ilə bitəcək” – deyə Kalın əlavə edib.