İranın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Kiyevdən Kişinyova təxliyə olunur.
APA-nın xəbərinə görə, bunu İranın Ukraynadakı səfiri Mənuçöhr Moradi İRNA agentliyinə bildirib.
Diplomat əlavə edib ki, hazırkı şəraitdə Kiyevdə işləmək mümkün olmadığı üçün Moldovaya köçmək qərara alınıb.