"ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına tariflər tətbiq edib, baxmayaraq ki, bunun üçün heç bir əsas yox idi".
APA xəbər verir ki, bu fikri İrlandiyanın Baş naziri Mixol Martin “RTE”-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və Aİ arasında gündəlik 4,2 milyard avrodan çox dəyərində mal və xidmət ticarəti aparılır.
“Biz bunun üçün heç bir səbəb görmürük. Bu dərin inteqrasiya olunmuş münasibətləri pozmaq heç kimə xeyir gətirməyəcək”, - Martin vurğulayıb.