İspaniya Aİ tərəfdaşlarından İsraillə bağlı BƏM-ə dəstək vermələrini xahiş edəcək

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares

© APA | İspaniyanın xarici işlər naziri Xose Manuel Albares

# 27 may 2024 11:50 (UTC +04:00)

İspaniya Avropa İttifaqı ölkələrindən Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) İsraillə bağlı qərarda dəstək verməyi xahiş edəcək.

APA xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Brüsseldə İrlandiya və Norveç xarici işlər nazirləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

İspaniyalı nazir bildirib ki, o, digər Aİ ölkələrindən Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) İsraillə bağlı mövqeyində rəsmi dəstək vermələrini xahiş etməyi planlaşdırır:

"Mən digər 26 tərəfdaşdan Beynəlxalq Ədalət Məhkəməsini və onun qərarını dəstəklədiklərini bəyan etmələrini xahiş edəcəyəm və həmçinin əgər İsrail Məhkəmənin bu rəyinə qarşı çıxmağa davam edərsə, biz bunu həyata keçirmək üçün müvafiq tədbirlər görməyə çalışacağıq".

Brüsseldə jurnalistlərə açıqlama verən Albares Aİ ölkələrinin lazım gələrsə, Beynəlxalq Məhkəmənin təlimatlarına əməl etməsi üçün İsrailə təzyiq edə biləcəyinə diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR