Bank Of Baku

İspaniya bu ay Ukraynaya 6 “Leopard” tankı göndərəcək

İspaniya bu ay Ukraynaya 6 “Leopard” tankı göndərəcək
# 05 aprel 2023 13:08 (UTC +04:00)

İspaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 6 ədəd “Leopard” tankını bu ayın ikinci yarısında göndərməyi planlaşdırır.

APA xəbər verir ki, bunu İspaniya Krallığının müdafiə naziri Marqarita Robles “Televisión Española” kanalına müsahibəsində deyib.

Nazir onu da qeyd edib ki, Madrid Kiyevə təhvil verməyi planlaşdırdığı daha 4 döyüş maşınının bərpasına artıq başlayıb.

Robles müsahibə zamanı İspaniyaya məxsus döyüş təyyarələrinin Ukraynaya tədarükü ehtimalını istisna edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR