İspaniya Ukraynaya hərbi dəstək göstərəcəyini açıqlayıb.
APA-nın "Bloomberg"ə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Pedro Sançez parlamentdə bildirib.
“İspaniyanın Ukrayna müqavimətinə dəstək üçün hücum xarakterli hərbi material göndərəcəyini bildirmək istərdim”, - Baş nazir çıxışında deyib.
Qeyd edək ki, İspaniya hökuməti daha əvvəl Ukraynaya hərbi yardım göstərməyəcəyini açıqlayıb.