İspaniya polisi 9,5 tona yaxın kokain müsadirə edib.
APA xəbər verir ki, bu barədə İspaniya Polisi məlumat yayıb.
Məlumata əsasən, Ekvadordan gələn banan yükü yoxlanan zaman yeşiklərdə gizlədilmiş narkotik vasitə aşkarlanıb.
Həmçinin əlavə olunub ki, böyük partiyada narkotik vasitə Avropadakı kriminal dairələr tərəfindən qəbul edilməli idi, lakin həmin cinayətkar təşkilatların və şəbəkələrin adı çəkilməyib.