Bank Of Baku

İsrail "Əl-Əqsa" məscidinə gözyaşardıcı qaz bombası atıb

İsrail "Əl-Əqsa" məscidinə gözyaşardıcı qaz bombası atıb
# 05 aprel 2024 12:14 (UTC +04:00)

Səhər saatlarında İsrail polisi pilotsuz uçuş aparatları vasitəsilə “Əl-Əqsa” məscidinə toplaşan dindarlara qarşı gözyaşardıcı qaz bombasından istifadə edib.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, nəticədə onlarla insan zəhərlənib.

İsrail polisi faktı təsdiqləyərək bildirib ki, buna səbəb bir qrup şəxsin HAMAS lehinə şüarlar səsləndirməsi olub. Nəticədə ərazidə insan sıxlığı yaşanıb.

Təhlükəsizlik qüvvələri onlara müqavimət göstərən fələstinlilərdən səkkizini saxlayıb.

Qeyd edək ki, bu, Ramazan ayı başladıqdan sonra polislə zəvvarlar arasında baş verən ilk belə insidentdir.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR