Bank Of Baku

İsrail polisinin ukraynalı biznesmen Mindiçə sui-qəsd cəhdi barədə məlumatı yoxdur

Timur Mindiç

© APA | Timur Mindiç

# 11 dekabr 2025 13:29 (UTC +04:00)

İsrail polisinin ukraynalı biznesmen Timur Mindiçə qarşı sui-qəsd cəhdi barədə heç bir məlumatı yoxdur.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraina” İsrail mediasına istinadən məlumat yayıb.

İsrail nəşrlərinə verdikləri şərhlərdə polis nümayəndələri bildiriblər ki, hazırda İsrail ərazisində olan Mindiçə qarşı hazırlanan və ya həyata keçirilən hər hansı sui-qəsd barədə məlumatları yoxdur.

İsrail polisinin mətbuat katibi Mixal Zingerman isə bildirib ki, hüquq-mühafizə orqanlarının hazırkı vaxta olan məlumatlarına görə, oliqarx Kolomoyskinin yaydığı iddiaları “təsdiq edən hər hansı sübut” yoxdur.

Qeyd edək ki, iş adamı İqor Kolomoyski məhkəmə zalında noyabrın 28-də adı korrupsiya qalmaqalında hallanan Timur Mindiçə qarşı sui-qəsd cəhdi olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR