Paşha Bank
Bank Of Baku

İstanbulda bina çöküb, 2 nəfər ölüb - YENİLƏNİB-3

İstanbulda bina çöküb, 2 nəfər ölüb - YENİLƏNİB-3
# 08 oktyabr 2026 12:28 (UTC +04:00)

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.

NTV xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 2-yə çatıb.

***

11:47

İstanbulda binanın çökməsi nəticəsində bir nəfər ölüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, 3 nəfərin axtarışı həyata keçirilir.

Ümumilikdə dağıntılar altında qalan 10 nəfər xilas edilib.

***

10:27

İstanbulda çökən binanın dağıntıları altında qalan 12 nəfərdən 6-sı xilas edilib.

Bu barədə APA-nın Türkiyə bürosu xəbər verir.

***

09:31

"Çökən 7 mərtəbəli bina 1987-ci ildə tikilib. Binada ümumilikdə 33 nəfər yaşayır".

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.

O bildirib ki, dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə saxlanılıb. Xilasetmə tədbirləri davam etdirilir.

***

09:04

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından 3 nəfər sağ çıxarılıb.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR