Bank Of Baku

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB-5 - FOTO - VİDEO

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB-5  - FOTO  - VİDEO
# 02 aprel 2024 17:55 (UTC +04:00)

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, yanğın zamanı ölənlərin sayı 29-a çatıb.

Xəbərə hadisə yerindən video və fotolar əlavə edilib.

***

17.55

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 27-ə çatıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

***

17.22

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Üç nəfər isə ağır yaralıdır.

***

17:11

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğında ölənlərin sayı artıb.

APA-nın Türkiyə müxbiri NTV-yə istinadən məlumat verir ki, hadisə zamanı ölənlərin sayı 16 olub.

Yanğın faktı ilə bağlı 5 nəfər şübhəli şəxs qismində tutulub.

***

16:52

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

APA-nın Türkiyə müxbiri NTV-yə istinadən məlumat verir ki, hadisə zamanı 15 nəfər ölüb. Hadisədə 10-a yaxın yaralının olduğu bildirilir.

Əraziyə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib. Faktla bağlı araşdırma aparılır.

***

16:26

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

APA NTV-yə istinadən məlumat verir ki, ölənlərin sayı 11-a çatıb. Hadisə zamanı 7 şəxsin yaralandığı,bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğınla bağlı istintaq başladılıb.

***

15:53

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Ölənlərin sayı 8-ə, yaralıların sayı isə 15-ə çatıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

***

15:26

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Yanğın zamanı 3 nəfər ölüb. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR