Bank Of Baku

İstanbulda narkotiklə bağlı əməliyyat zamanı 1 polis ölüb- YENİLƏNİB

İstanbulda narkotiklə bağlı əməliyyat zamanı 1 polis ölüb- YENİLƏNİB
# 08 dekabr 2025 11:37 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində narkotacirlərə qarşı keçirilən əməliyyat zamanı yaralanan xüsusi əməliyyat polisi Emre Albayrak ölüb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, polisi silahla qətlə yetirən 35 yaşlı R.A. zərərsizləşdirilib.

Reyd zamanı evdə olan digər şəxslər isə polis tərəfindən həbs edilib.

***

10:49

İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ağır yaralanıb, hücum edənlərdən biri isə öldürülüb.

Hücum edənlərdən ikisi sağ ələ keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR