İstanbulun Bağcılar rayonu Yıldıztəpə məhəlləsində biznes mərkəzində yerləşən tikiş sexində partlayış baş verib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Xəbərə əsasən, hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib.
Yaralıların olduğu bildirilir.