Bank Of Baku

İsveç Macarıstanın tezliklə NATO-ya üzvlüklə bağlı protokolu ratifikasiya edəcəyinə ümidvardır

İsveç xarici işlər naziri Tobias Billström

© APA | İsveç xarici işlər naziri Tobias Billström

# 14 fevral 2024 13:27 (UTC +04:00)

İsveç xarici işlər naziri Tobias Billström Macarıstanın tezliklə İsveçin NATO-ya üzvlüklə bağlı protokolu ratifikasiya edəcəyinə ümid edir.

APA SVD-yə istinadən xəbər verir ki, bu barədə İsveç XİN rəhbəri ölkəsinin xarici siyasət prioritetləri barədə danışarkən deyib.

Nazir bildirib ki, İsveç NATO-ya tamhüquqlu üzv kimi daxil olmağa hazırdır.

“Biz Türkiyənin ratifikasiya prosesini tamamlamasını alqışlayırıq və Macarıstanın da tezliklə eyni addımı atacağını gözləyirik”, - Billström qeyd edib.

Onun sözlərinə görə, İsveçin müdafiə xərcləri artıq illərdir ÜDM-in iki faizini ötür və yaxın gələcəkdə də bunu davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR