İsveç Niderland Baş naziri Mark Ruttenin NATO Baş katibi postuna namizədliyini dəstəkləyir.
APA xəbər verir ki, bu barədə İsveç Baş nazirinin "X" hesabında paylaşım edilib.
"İsveç NATO-nun növbəti Baş katibi vəzifəsinə Mark Rutteni dəstəkləyir. Avro-Atlantik təhlükəsizliyi dəstəkləmək üçün qətiyyətlə hərəkət edən yetkin bir liderə sahib olan güclü NATO-ya ehtiyac var", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu ilin oktyabrında hazırkı NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti bitir. Baş katib postuna rəsmi olaraq Niderland Baş naziri Mark Rutte və Rumıniya Prezidenti Klaus Yohannisin namizədlikləri irəli sürülüb.