İsveç Rusiyanın 3 diplomatını ölkədən çıxarır.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ann Linde bildirib.
O deyib ki, rusiyalı diplomatlar Vyana Konvensiyasına əməl etmədikləri üçün İsveç bu addımı atır.
"Onlar qeyri-qanuni olaraq kəşfiyyat məlumatları toplayırlar", nazir Linde bildirib.