İsveç hökuməti sursat tədarükünün etibarlılığının gücləndirilməsi üçün 500 milyon kron, yəni təxminən 52,5 milyon dollar ayırmaq qərarına gəlib.
APA xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Məlumata görə, vəsait sursat tədarük zəncirində istehsal imkanlarını məhdudlaşdıran problemlərin aradan qaldırılmasına yönəldiləcək.
İsveçin müdafiə naziri Pol Conson sursat ehtiyatlarının ölkənin təhlükəsizliyi üçün mühüm amil olduğunu bildirib. Onun sözlərinə görə, İsveç həm müstəqil şəkildə, həm də digər Şimali Avropa ölkələri ilə birlikdə sülh, böhran və müharibə dövründə etibarlı sursat tədarükünü təmin etməlidir.