Paşha Bank
Bank Of Baku

Bakıda 537 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 537 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
# 16 noyabr 2026 13:51 (UTC +04:00)

Novxanı-Pirşağı yolunda aparılan təmir işləri ilə əlaqədar 537 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, Novxanı-Pirşağı yolunun Sahil küçəsi hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu səbəbdən 537 nömrəli marşrut üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR