İsveç və Ukrayna məxfi məlumatları mübadilə edəcək.
APA xəbər verir ki, bununla bağlı Vilnüsdə Ukrayna və İsveç rəsmiləri arasında saziş imzalanıb.
"Ukrayna və İsveç məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması haqqında saziş imzalayıblar", - Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.
Müdafiə naziri əlavə edib ki, iki ölkə arasında müdafiə təchizatı sahəsində də əməkdaşlıq haqqında saziş imzalanıb.
“Bu sənəd həm Silahlı Qüvvələrimiz, həm də SAAB və başqaları kimi İsveç şirkətləri üçün böyük imkanlar yaradır”, - Reznikov qeyd edib.