İsveçdə Quranın yandırılması ilə bağlı aksiyalar krallığın NATO-ya qəbulu prosesinə təsir göstərmir.
APA-nın məlumatına görə, bunu ölkənin xarici işlər naziri Tobias Billström “Dagens Nyheter” qəzetinə müsahibəsində deyib.
“Türkiyə İsveçin üzvlük protokolunu ratifikasiya üçün parlamentə göndərəcəyini açıq şəkildə bildirdi: “Mən Quranın yandırılmasının İsveçin NATO üzvlüyünə təsir edəcəyi bir vəziyyət görmürəm. Ankara ilə razılaşmada “heç kim dindən bəhs etmir”.