İsveçin müdafiə naziri: “Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var”

İsveçin müdafiə naziri Pol Yonson

© APA | İsveçin müdafiə naziri Pol Yonson

# 27 may 2024 07:52 (UTC +04:00)

İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatlar keçirməyə hüququ var.

APA xəbər verir ki, bu barədə “Hallandsposten” nəşri məlumat yayıb.

Bildirilib ki, Yonson öz mövqeyini beynəlxalq hüquqla əsaslandırıb.

“Beynəlxalq hüquqa görə, müharibə qanunları əməl edilirsə, Ukrayna düşmən ərazisinə yönəlmiş hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir. İsveç beynəlxalq hüququ və Ukraynanın müdafiə hüququnu dəstəkləyir”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR