Bank Of Baku

İsveçin “Scania” şirkəti cərimələnib

Scania

© APA | Scania

# 04 fevral 2022 07:44 (UTC +04:00)

Avropa İttifaqı Məhkəməsi “Scania” şirkətinin iddiasını rədd edərək Avropa Komissiyasının qərarını qüvvədə saxlayıb.

APA-nın xəbərinə görə, 2017-ci ildə komissiya isveçli yük avtomobilləri istehsalçısını kartel sazişinə getməkdə ittiham edərək 880 milyon avro cərimələyib. Komissiyanın qərarında göstərilir ki, “Scania” digər böyük istehsalçılarla anlaşaraq rəqabət mühitini pisləşdirib. Şirkət o vaxt qərardan şikayət etmişdi. Avropa İttifaqı Məhkəməsinin ötən gün elan olunan qərarında göstərilir ki, rəqabəti boğan anlaşmalar yolverilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR