Mariya Malmer Stenerqard İsveçin yeni xarici işlər naziri təyin edilib.
APA-nın “Reuters”ə istinadən məlumatına görə, bu barədə Baş nazir Ulf Kristersson açıqlama verib.
43 yaşlı Stenerqard buna qədər ölkənin miqrasiya naziri olub.
Qeyd edək ki, onun xələfi olan Tobias Billstörm sentyabrın 5-də vəzifəsindən gedib.