Bank Of Baku

İtaliya Rusiyanın 30 diplomatını ölkədən çıxarır

İtaliya Rusiyanın 30 diplomatını ölkədən çıxarır
# 05 aprel 2022 13:45 (UTC +04:00)

İtaliya Rusiyanın 30 diplomatını ölkədən çıxarır.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağıraraq diplomatların ölkədən çıxarılması barədə məlumatlandırılıb.

“Tədbir digər Avropa və Atlantika tərəfdaşları ilə razılaşdırılıb. Milli təhlükəsizliyimizlə əlaqəli səbəblərə görə və Rusiya Federasiyası tərəfindən Ukraynaya qarşı əsassız təcavüzün yaratdığı mövcud böhran kontekstində bu addım zəruridir”, - İtaliya XİN başçısı Luici Di Maio deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR