Bank Of Baku

İtaliyada anomal istilərə görə “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayı artıb

İtaliyada anomal istilərə görə “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayı artıb
# 18 iyul 2023 02:41 (UTC +04:00)

İtaliya Səhiyyə Nazirliyi ölkədə müşahidə olunan anomal istilər səbəbindən “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayını artırıb.

APA xəbər verir ki, iyulun 18-də paytaxt Roma daxil olmaqla 20 şəhərdə, iyulun 19-da isə 23 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.

Beləliklə, ölkənin 27 böyük şəhərindən əsasən mərkəz və cənub bölgələrindəki 23 şəhərdə havanın temperaturunun maksimum həddə çatacağı gözlənilir.

Paytaxt Romada iyulun 17-də havanın temperaturu 40 dərəcəyə yüksəlib. İyulun 18-də isə paytaxtda havanın temperaturunun 42-43 olacağı və cari ilin ən yüksək səviyyəsinə çatacağı gözlənilir. Siciliya və Sardiniya adalarında temperaturun 47-48 dərəcəyə yüksələcəyi bildirilib.

Mütəxəssislər anomal istilərin təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər. Əhaliyə saat 11:00-18:00-dək zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub.

Ölkənin bəzi bölgələrində həddindən artıq istilər səbəbindən meşə ərazilərində yanğınların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR