Bank Of Baku

İtaliyada koronavirusdan ölənlərin sayı 160 mini keçib

İtaliyada koronavirusdan ölənlərin sayı 160 mini keçib
# 06 aprel 2022 05:19 (UTC +04:00)

İtaliyada ötən 24 saatda koronavirus qurbanlarının sayı 194 nəfər artaraq 160 min 103-ə çatıb.

APA Səhiyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, son sutka ərzində ölkədə 88 min 173 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 14 milyon 966 min 58-ə yüksəlib.

Hazırda reanimasiya şöbəsində olanların sayı 471, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 274 min 388 nəfərdir.

İtaliyada pandemiya dövründə 13 milyon 531 min 567 nəfər virusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR