Bank Of Baku

İtaliyada mayın 1-dən COVID-19 pasportları ləğv ediləcək

İtaliyada mayın 1-dən COVID-19 pasportları ləğv ediləcək
# 17 mart 2022 17:59 (UTC +04:00)

İtaliya hakimiyyəti mayın 1-dən COVID-19 pasportlardan tam imtina etməyi planlaşdırır.

APA “Messaggero” qəzetinə istinadən xəbər verir ki, bu sənədin tətbiqi apreldən şəhər nəqliyyatı, bir sıra müəssisələrdə tədricən azaldılacaq.

Qəzet qərarı verən Elmi-Texniki Komitəyə istinadən bildirir ki, sanitar pasport koronavirus testinin nəticəsinə əsaslanan baza sənədi ilə əvəzlənəcək.

Qapalı məkanlarda maska taxmaq məcburiyyəti aprelin 30-da qədər davam edəcək. Apreldən stadionlarda yer sayı ilə bağlı məhdudiyyət də aradan götürüləcək.

Eyni zamanda, yoluxmuş şəxslə təmasda olanlar üçün karantin də ləğv olunacaq.

Peyvənd olunmaq yalnız tibb işçiləri üçün məcburi qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR