Bank Of Baku

İtaliyada qocalar evində yağın olub, ölənlər var

İtaliyada qocalar evində yağın olub, ölənlər var
# 07 iyul 2023 10:47 (UTC +04:00)

İtaliyanın Milan şəhərində qocalar evində yağın olub, ölənlər və xəsarət alanlar var.

APA ANSA agentliyinə istinadən xəbər verir ki, gecə başlayan yanğın səhərə qədər davam edib.

Yanğın nəticəsində ölənlərin sayı 6-dır, 81 nəfər isə xəsarət alıb və ya tüstüdən zəhərlənib ki, onlar da regiondakı 15 xəstəxanaya yerləşdirilib.

Təcili Yardım Agentliyinin məlumatına görə, 2 xəstə Niguarda və San Raffaele xəstəxanalarına çox ağır vəziyyətdə gətirilib. Daha 14 nəfərin vəziyyəti orta ağır, 65 nəfər isə daha az ağır vəziyyətdədir.

Ölənlərdən 5-i qadın və 1-i isə kişidir. Qadınlardan 2-si yanaraq ölüb, 3 qadın və 1 kişi tüstüdən zəhərlənərək ölüb.

Bildirilib ki, müəssisədə 160 nəfər olub. Yanğınla bağlı araşdırma başlayıb. İndiyədək müstəntiqlər yandırma versiyasını istisna ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR