Bank Of Baku

İtaliyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək - YENİLƏNİB

Antonio Tajani

© APA | Antonio Tajani

# 12 yanvar 2023 13:58 (UTC +04:00)

İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani və daxili işlər naziri Matteo Piantedosinin Türkiyəyə səfər tarixi açıqlanıb.

APA Türkiyə XİN-ə istinadən xəbər verir ki, səfər yanvarın 13-ü baş tutacaq.

***

13:08

İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani və daxili işlər naziri Matteo Piantedosi Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri Piantedosi yerli mediaya deyib.

“Tezliklə xarici işlər naziri Antonio Tajani ilə birlikdə problemləri (qeyr-qanuni miqrasiya ilə bağlı) mənbəyində həll etmək və bir müddətdir aparılan dialoqu nəticələndirmək üçün Tunis, Liviya və həmçinin Türkiyə ilə bir sıra ikitərəfli görüşlərə başlayacağıq”, - nazir bildirib.

Qeyd edək ki, xarici işlər naziri Antoni Tajani də bir neçə gün əvvəl yerli mediaya açıqlamasında tezliklə Türkiyəyə səfər edəcəyini və türkiyəli rəsmilərlə Liviya məsələsini müzakirə edəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR