Bank Of Baku

Kaçinski Ukraynaya NATO sülhməramlı missiyasının göndərilməsinə çağırış edib

Yaroslav Kaçinski

© APA | Yaroslav Kaçinski

# 16 mart 2022 13:44 (UTC +04:00)

Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski Ukraynaya beynəlxalq sülhməramlı missiyanın göndərilməsinə çağırıb.

APA CNN-ə istinadən xəbər verir ki, Kaçinski Ukraynada Polşa, Sloveniya və Çexiya Baş nazirlərinin Ukraynada görüşündən sonra bildirib ki, beynəlxalq missiya NATO sülhməramlılarından ibarət ola bilər.

“Mən inanıram ki, Ukraynada fəaliyyət göstərəcək və özünü qoruya biləcək NATO sülhməramlı missiyasına və ya daha geniş beynəlxalq anlaşma çərçivəsində missiyaya ehtiyac var. Mən Avropa liderlərinin vicdanına, onların bəyan etdikləri prinsiplərinə istinad etmək istərdim, çünki Ukraynanın yardıma ehtiyacı var”, - Kaçinksi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR