Şovi istirahət mərkəzi sürüşmə nəticəsində tamamilə dağıldığı üçün artıq mövcud deyil.
APA-nın xəbərinə görə, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
“Deyə bilərik ki, Şovi artıq yoxdur. O, tamamilə dağılıb”, - deyə mer bildirib.
Şovi istirahət mərkəzindəki sürüşmə zamanı 17 nəfər ölüb.