“Türkiyə Yunanıstanla dialoqu ikitərəfli formatda davam etdirməlidir. Vaşinqton, Brüssel və ya Parisin vasitəçiliyi ilə həll yolu tapmayacağıq".
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Anadolu Agentliyi”nə müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə Yunanıstanla münasibətlərin pisləşməsinə qarşıdır və iki ölkə liderinin münasibətlərinin müsbət tərəfə yönəlməsi üçün iradə var.