Bank Of Baku

Kavelaşvili: ABŞ vitse-prezidenti Gürcüstanla münasibətlərin yenilənəcəyini bildirib

Kavelaşvili: ABŞ vitse-prezidenti Gürcüstanla münasibətlərin yenilənəcəyini bildirib
# 08 fevral 2026 20:59 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Ceyms Vens Gürcüstanla münasibətlərin yenilənəcəyini bildirib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "İmedi" telekanalına açıqlamasında deyib.

O, Venslə Milanda Qış Olimpiya Oyunlarının açılışına həsr olunmuş tədbirlər çərçivəsində görüşdüyünü xatırladaraq onunla qısa işgüzar söhbət etdiyini bildirib.

"Vens Gürcüstan haqqında məlumatlı olduğunu və münasibətlərin mütləq yenilənəcəyini vurğulayıb", - dövlət başçısı əlavə edib.

Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı 2024-cü ilin noyabrın 30-da dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR