Avropa İttifaqı (Aİ) gələn ilin mart ayına qədər Ukraynaya söz verdiyi bir milyon artilleriya mərmisi göndərmək planlarından geri qalır.
APA xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Qeyd edək ki, bu ilin əvvəlində təsdiqlənmiş plana əsasən, Aİ Ukraynaya hərbi yardım çərçivəsində növbəti 12 ay ərzində artilleriya mərmiləri göndərəcəyi ilə bağlı öhdəlik götürmüşdü.
Hələlik bu yardım planı cəmi 30 faiz yerinə yetirilib. Bu səbəbdən də imzalanmış müqavilələrin mart ayına qədər tam yerinə yetirilməməsi ilə bağlı risklər mövcuddur.