Bank Of Baku

KİV: Aİ və ABŞ Çin ilə Hindistana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir

KİV: Aİ və ABŞ Çin ilə Hindistana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir
# 05 avqust 2025 12:17 (UTC +04:00)

Avropa İttifaqı və ABŞ Çin ilə Hindistana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçririr.

APA xəbər verir ki, bu barədə “Politico” nəşrinin məqaləsində bildirilib.

Qeyd olunub ki, bu addım Çinin istehsalı olan pilotsuz uçuş aparatı (PUA) mühərriklərinin sənayedə istifadə olunan soyuducu avadanlıqları adı ilə Rusiyaya göndərilməsinə cavab xarakteri daşıyır.

Yeni məhdudiyyətlərin avqust ayından sonra tətbiq ediləcəyi də məqalədə öz əksini tapıb.

Müəllif həmçinin, qərarın verilməsinə əsas səbəbin rəsmi Pekinin dəfələrlə edilən müraciətləri cavabsız qoyması və bu fəaliyyətini əsaslandırmaması ilə bağlı olduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR