Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Nigerdəki üsyançılarına qarşı mümkün sanksiyaları 31 avqustda İspaniyanın Toledo şəhərində keçiriləcək qeyri-rəsmi toplantıda müzakirə edəcəklər.
APA xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb.
Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İttifaq ölkələrinin XİN rəhbərlərinə məktub ünvanlayıb.
“Mövcud vəziyyəti nəzərə alaraq Nigeri, eləcə də regiondakı digər ölkələri dəstəkləmək üçün əlaqələndirilmiş və ardıcıl Aİ strategiyası barədə qərar verməliyik”, - məktubda bildirilib.