Böyük Britaniyanın xarici işlər naziri bu ayın sonunda Çinə səfər edəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ölkəsi ilə Çin Xalq Respublikası arasında münasibətləri sabitləşdirmək üçün 29 avqustda bu ölkəyə səfər edəcək.